Rusiya Ermənistana qazı ucuzlaşdırıb

Foto arxiv

Rusiya Ermənistana qazın qiymətini ucuzlaşdırıb.

Rusiyanın energetika naziri ilə Ermənistanın energetika və təbii sərvətlər naziri sentyabrın 7-də Moskvada Ermənistana qaz verilməsi ilə bağlı razılaşmaya əlavələr barədə protokol imzalayıblar.

Sənəddə qazın min kub metrinin 189 dollardan 165 dollara endirilməsi nəzərdə tutulur.

Bu barədə TASS agentliyi Rusiyanın iqtisadiyyat nazirliyinə istinadla xəbər verir.