AŞPA nümayəndələri Bakıya gəlir

Foto arxiv

Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda parlament seçkilərini müşahidə edəcək missiyası sentyabrın 22-də Bakıya gələcək.

Qurumun məlumatına görə, səfərdə məqsəd seçki ərəfəsi ölkədəki siyasi mühüti qiymətləndirməkdir.

Nümayəndə heyəti sentyabrın 25-nədək bir sıra görüşlər keçirəcək.

Azərbaycanda növbəti parlament seçkisi b u il noyabrın 1-nə təyin edilib.