“Masazırda qır yatağı üzərindəki tikililər köçürülməlidir”
APA-nın məlumatına görrə, bunu sentyabrın 7-də keçirilən mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
O qeyd edib ki, qəsəbədəki qır yatağı üzərindəki lap təhlükəli zonada tikilən evlər və binalar köçürülməlidir və yəqin ki,dövlət qurumları tərəfindən lazımi addımlar atılacaq.
O tədqiqat zamanı bu ərazidə çox gərgin sahələr aşkarlandığını deyir.