Rusiya irimiqyaslı təlimlərə başlayıb

Vladimir Putin və Sergei Shoigu

Rusiya prezidenti Vladimir Putin qəflətən Mərkəzi hərbi dairənin yoxlanılmasını göstəriş verib.

Müdafiə naziri Sergei Shoigu Mərkəzi hərbi dairə, həmçinin aviasiya hissələri və digər dairələrin desant qüvvələrinin sentyabrın 7-dən 12-dək tam hərbi hazırlıq vəziyyətinə gətiriləcəyini bildirib.

Hərbi təlimlərdə desant qüvvələrinin uzaq ərazilərə atılması və naməlum ərazilərə çıxması məşq ediləcək.

Şhougu təlimlər barədə xarici hərbi attaşelərə məlumat verilməsini göstəriş verib.

Rusiya ordusu 2014-cü ilin baharından artıq bir neçı belə böyük təlim keçirib.

Bu Qərb ölkələrinin narahatlığına səbəb olub.

Krımın Rusiya tərəfindən ilhaq edilməsi və Ukraynanın şərqindəki münaqişədən sonra Qərblə Moskva arasındakı münasibətlər soyuqlaşıb.