Bakıda yeni avtobuslar

Söhbət BakuBus MMC-nin 1 nömrəli marşrut xəttinə Iveco markalı yeni avtobuslar buraxmasından gedir.

MMC-nin direktor müavini Vüsal Kərimli jurnalistlərə deyib ki, yeni avtobuslar Koroğlu metro stansiyasından "28 may" metro stansiyasına qədər və əks istiqamətə hərəkət edəcəklər. Avtobusların iş qrafiki 6:00-dan 00:00-ə qədər müəyyən edilib. Bu xəttə birinci mərhələdə 14 avtobus buraxılıb. Sərnişinlərin sayından asılı olaraq gələcəkdə avtobusların sayı ya artırılacaq və ya azaldılacaq.

Kərimli qeyd etdi ki, yeni avtobuslarda nağdsız ödəniş sistemi tətbiq edilir.