Amerikalı həmsədr hücumları pislədi

James Warlick

-

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri James Warlick cəbhə bölgəsində mülki şəxslərə hücumları pisləyib və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması tərəfdarı olduğunu bildirib.

O, bunu Twitter-dəki səhifəsində yazıb.

Diplomat bir qədər əvvəl də cəbhə xəttində gərginliyin artmasını qəbuledilməz adlandırmışdı.

Son bir neçə gündə erməni silahlıları cəbhə xəttində Azərbaycan yaşayış məntəqələrinə atəş açırlar, yaralılar var.