Şəkidən zəlzələ ilə bağlı sığorta şirkətlərinə müraciətlər başlayıb
Artıq şəhərdə 2 evə dəymiş zərərlə bağlı “AXA MBASK” sığorta şirkətinə müraciət edilib. Divarlarında çat yaranan evə 500-600 manat ziyan dəydiyi bildirilir.
Bu barədə Turan agentliyi məlumat yayıb.
Amma rayonda filialı olan digər şirkətlərə (Standard İnsurance, Azərbaycan Sənaye Sığorta, Atəşgah, Azsığorta, Azərsığorta) hələlik müraciət edilməyib.