“Əli və Nino” heykəli başqa yerdə qurulub

Foto arxiv

Gürcüstanın Batumi şəhərində zədələnmiş “Əli və Nino” heykəlinin bərpası yekunlaşmaq üzrədir.

Gürcüstan mətbuatının yazdığına görə heykəl başqa ərazidə bərpa edilib və işlər sentyabrın 5-də başa çatdırılacaq.

Avqustun 26-da Batumidə baş verən qasırğa zamanı heykəl qorunmaq üçün başqa yerə köçürülərkən zədələnmişdi.