ABŞ səfiri iş adamları ilə görüşüb

Robert Cekuta

-

ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta Azərbaycanda fəaliyyət göstərən ABŞ və bir qrup yerli şirkətin rəhbərləri ilə görüşüb.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin Twitter səhifəsində məlumat yerləşdirilib.

Görüşdə Azərbaycanda iqtisadi inkişafın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Səfir «ABŞ Azərbaycanın hökumət və biznes icması ilə tərəfdaşlıq vasitəsilə iqtisadi diversifikasiya səylərini dəstəkləyir» söyləyib.