Andrzej Kasprzyk Bako Sahakyanla görüşüb

Bako Sahakyan və Andrzej Kasprzyk

ATƏT sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk sentyabrın 3-də Xankəndidə qondarma Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Sahakyanla görüşüb.

Bu bardə AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb.

Görüşdə qoşunların təmas xəttindəki son durum və digər məsələlər müzakirə olunub.

Andrzej Kasprzyk sentyabrın 2-də Ermənistan müdafiə nazirinin müavini David Tonoyanla da görüşüb.