Yanğına görə, Kiyevdəki məktəblər bağlanıb

Foto arxiv

Ukrayna hakimiyyəti yaxınlıqdakı meşə yanğınlarına görə, məktəbləri bağlayıb.Məlumatlara görə tüstü şəhərə çatıb.

Şəhər meriyasının məlumatına görə, tüstünun 30 kilometrlik əraziyə yayılması və istiliyə görə, bütün məktəblər sentyabrın 4-dək bağlanıb.

Hakim dairələr əhalini pəncərələri bağlamağa, şəxsi avtomobillərdən istifadə etməməyə və açıq havada gəzməməyə çağırıb.

Son 3 gündə Kiyevin ətrafında 24 hektar meşəlik yanıb. Sentyabrın 3-də yenidən baş qaldıran yanğın 15 hektarlıq əraziyə yayılıb.

Sentyabrın ilk günlərində Kiyevdə 36 dərəcə isti qeydə alınıb.