Ermənistan 1 əsgərinin öldürüldüyünü deyir

Foto arxiv

-

Ermənistan sentyabrın 3-də 1 hərbçisinin Azərbaycan snayperi tərəfindən öldürüldüyünü bildirir.

Bu barədə AzadlıqRadisunun erməni xidməti məlumat yayıb.

Məlumata görə insident saat 10:30 dairələrində baş verib.

Ermənistan istintaq komitəsinin məlumatına görə, N saylı hərbi hissənin əsgəri Ayk Tevoyan həri postda növbə çəkərkən boynundan aldığı güllə yarasından ölüb.

Azərbaycanın Müdafiə Nazirliyi hələlik məlumata münasibət bildirməyib.