Khamenei sanksiyaları qaldırmağa çağırır

Ayatollah Ali Khamenei

İranın ali dini lideri Ayatollah Ali Khamenei bildirib ki, böyük dünya ölkələri İranın nüvə sazişi çərçivəsində Tehrana qarşı beynəlxalq sanksiyaları aradan qaldırmalıdır.

Khamenei sentyabrın 3-də dövlət televiziyası ilə çıxışında qeyd edib ki, sanksiyalar götürülməsə heç bir sövdələşmə olmayacaq.

İyulun 14-də Vyanada İranla 6 dünya ölkəsi arasında imzalanmış yükün sazişdə, Teharın nüvə proqramını dondurması və əvəzində ona qarşı sanksiyaların yüngülləşdirilməsi və ya aradan qaldırılması nəzərdə tutulur.

Dövlət məsələlərində son söz sahibi olan dini lider həmçinin bildirib ki, o bu məsələ ilə parlamentdə səsvermənin tərəfdarıdır.

Hansı ki, prezident Hassan Rohani buna qarşıdır.

Parlamentin yaratdığı xüsusi komissiya hazırda bu məsələyə baxır.