Sentyabrın 3-də “Avro-2016”nın seçmə mərhələsində VII turun oyunları keçirilir.
H qrupunda mübarizə aparan Azərbaycan millisi
Bakıda Xorvatiya yığmasını qəbul edəcək.
Oyun Bakı vaxtı ilə saat 21-də başlayır.
Qeyd edək ki, Azərbaycan millisi ötən ilin oktyabrında Zaqrebdə keçirilən ilk oyunda Xorvatiya millisinə 6:0 hesabı ilə məğlub olub.
Həmin vaxt millinialmaniyalı məşqçi Berti Vogts çalışdırırdı.
İndi isə milliyə xorvatiyalı məşqçi Prosinecki rəhbərlik edir.
Xorvatiya yığması hazırda 13 xalla qrupa liderlik edir.
Azərbaycan millisi isə 4 xalla 5-ci yerdədir.
3 sentyabr
“AÇ-2016”nın seçmə mərhələsi
H qrupu
21:00. Azərbaycan - Xorvatiya
Baş hakim: Ruddi Buke (Fransa)
Bakı. 8-ci kilometr qəsəbə stadionu