Pakistan ordusu ölkənin şimal-qərbində talibançılara qarşı keçirilən hava reydi nəticəsində azı 31 yaraqlının öldürüldüyünü bildirir.
Şəşfiyyat xidmətinin məlumatına görə, sentyabrın 2-də Saval vadisində keçirilən əməliyyatda azı 17yaraqlı öldürülüb.
Elə həmin gün Xayber regionunda keçirilən əməliyyatda isə azı 14 yaraqlının öldürüldüyü, 6-sının isə yaralandığı xəbər verilir.
Məlumatı Reuters agentliyi yayıb.