700 bal toplayana maşın hədiyyə

test

Azərbaycanda icra başçısı 700 bal toplayan tələbəyə maşın hədiyyə edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Məlumatda bildirilir ki, Zaqatala icra başçısı Mübariz Əhmədzadə rayon tarixində ilk dəfə ali məktəbə keçirilən imtahanlarda 700 bal toplayan Asya Mamudovaya avtomobil hədiyyə edib.

Zaqatala İcra hakimiyyətindən "Qafqazinfo"ya verilən məlumata görə, icra baçısı bir neçə il əvvəl rayonu təmsil edən abituriyentlərə söz verib ki, kim 700 bal toplasa ona maşın hədiyyə olunacaq: "Bu gün həmin maşın 700 bal toplayan Asya Mamudovaya təqdim olundu".

Mahmudova Asya İdris qızı Azərbaycan Tibb Universitetinin Müalicə fakültəsinə qəbul olub.