"Azər-Türk Bank" a yeni direktor təyin edilib

"Azər-Türk Bank" ASC-də daha bir kadr dəyişikliyi olub.

"APA-nın məlumatına görə,Fərid Orucov bankın baş direktoru vəzifəsinə təyin olunub.

O bundan əvvəl bankın nağd vəsaitlərlə iş departamentinin direktoru olub.

Fərid Orucovdan əvvəl bankın baş direktoru Afiq Xudayev olub. O hazırda İdarə heyətinin sədr müavinidir. Bankın digər baş direktoru isə Rəsul Hüseynovdur.

Yeni formalaşan İdarə Heyətinə Fərhad Adıgözəlov rəhbərlik edir.

İdarə Heyəti sədrinin digər müavini isə Rumiyə Məmmədovadır.