Gürcüstanın baş naziri İrakli Garibashvili xarici işlər naziri Tamar Berucashvilini işdən azad edib.
Baş nazir onun yerinə iqtisadiyyat naziri Georgi Kvirikashvilini təyin edib.
Garibashvili bunuqəflətən sentyabrın 1-də bəyan edib.
Baş nazir Berchasviliyə uğurlu işinə görə təşəkkür bildirib.
Beruchashvili bu vəzifəyə ötən ilin n oyabrında təyin edilmişdi.
“Hökumətin əsas diqqəti iqtisadi inkişaf və yeni iş yerlərinin açılmasına yönəlib. Və bizim xarici siyasət və daxili iqtisadi gündəmimizi bu məqsəd müəyyən edir”.-deyə Garibashvili vurğulayıb.
Kvirikashvilini isə Tbilisi merinin müavini Dimitry Kumisishvili əvəz edəcək.