Bu yaxınlarda İranda yaradılmış islahatpərəst “Milli birlik” partiyasının sədri Tehranda saxlanıb.
İRNA agentliyinin məlumatına görə, Ali Shakouri-Rad avqustun 31-də Tehranda keçirdiyi mətbuat konfransından sonra saxlanıb.
Məlumatlara görə, Ali Shakouri-Rad tədbirdə İnqilab Qvardiyasını tənqid edib, Tərbirdə partiyanın gələn il keçiriləcək parlament seçkiləri ilə bağlı planı müzakirə olunub.
Shakouri-Rad 2012-ci ildə də qısa həbsdə olub.
Adı çəkilməyən məhkəmə rəsmisi Fars xəbərlər agentliyinə həbsin keçmiş cinayətlərlə bağlı olduğunu bildirib.
İSNA agentliyinin məlumatına görə, ifadə vermək üçün o Tehrandakı Evin həbsxanasına aparılıb.