Mançester Sitinin futbolçusu Qalatasarayda

Foto arxiv

“Mançester Siti”nin futbolçusu Jason Denayer icarə əsasında İstanbulun “Qalatasaray” klubunda oynayacaq.

Bu barədə Türkiyə mətbuatı yazır.

Belçika millisinin üzvü avqustun 31-də tibbi müayinədən keçib. Gənc futbolçunun 20 yaşı var.

Hələlik sövdələşmənin detalları barədə açqlama verilmir.