Pakistanın cənub-qərbindəki kiçik hava limanına silahlı basqın edilib.
Nəticədə aeroportun 1 əməkdaşı öldürülüb, biri isə girov götürülüb.Az zona girov götürülən mühəndisin yaxınlıqda meyiti aşkar edilib.
İnsident avqustun 30-da Gvadar şəhərindəki “Jiwani” aeroportunda baş verib.Polisin məlumatına görə, hücum edənlər 10-a yaxın olub və hücum vaxtı hava limanının radar sistemi dağıdılıb.
Həmçinin aeroport rəhbərliyinin ağır yaralandığı bildirilir.
Hökumət bundan 3 gün əvvəl bütün hava limanlarında təhlükəsizlik tədbirlərini gücləndirilməyə çağırmışdı.
Pakistanda hava limanları daima təhlükədədir.
Ötən ilin iyununda talibançıların Karaçi hava limanına hücumu nəticəsində 27 adam ölüb.