Gəncə-Şəmkir yolunda ölümlə nəticələn qəza

Foto arxiv

Gəncə-Şəmkir yolunun Göygöl rayonu ərazisindəki hissəsində ağır qəzası baş verib.

APA-nın məlumata görə, qəza avqustun 31-i saat 13 radələrində baş verib.

“Mercedes” və “Mitsubishi” maraklı avtomobillərin toqquşması nəticəsindəTürkiyə vətəndaşı olan İsmayıl Aktaş ölüb, 3 nəfər, Şəmkir rayon Zəyəm kənd sakinləri, Anar Xəlilov, Ramin Allahverdiyev və Elvin Məmmədov isəağır yaralanıb.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.