Azərbaycan rəqəmsal yayıma keçir

Foto arxiv

Azərbaycanda telekanalların rəqəmsal yayıma keçidi ilin sonunadək həll olunmalıdır.

Bunu Trend-ə açıqlamasında Milli Televiziya və Radio Şurasının aparat rəhbəri Toğrul Məmmədov deyib.

Onun sözlərinə görə, yayımın həyata keçirilməsi üçün vacib olan texniki məsələlər artıq həll olunub:“Rabitə və Yüksək Texnologiyaları Nazirliyi üzərinə düşən məsələləri həll edib. Texniki cəhətədən bütün işlər yekunlaşdırılıb və respublikanın bütün əraziləri rəqəmsallaşdırılıb. Bakıda da kabelləşdirilmə prosesi yekunlaşıb və bu şəbəkədən geniş istifadə olunur”.

Toğrul Məmmədov deyib ki, Milli Televiziya və Radio Şurasında ilin sonuna kimi rəqəmsal yayıma keçidlə bağlı məsələyə baxılacaq. Ondan sonra analoq yayım söndürüləcək.