Rusiyanın tanınmış aktyoru Mixail Svetin avqustun 30-da vəfat edib. 85 yaşlı aktyor, bu səhər Leninqrad xəstəxanasının reanimasiya şöbəsində keçinib.
Bu barədə yerli KİV-lər məlumat yayıb.
Mixail Svetin avqustun 23-də xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Məlumatlara görə, aktyora hemmoragik insult diaqnozu qoyulubmuş.
Rusiyanın xalq artisti Svetin son zamanlara kimi N.Akimov adına Sankt-Peterburq Akademik Komediya Teatrında çalışıb. Tamaşaçılar onu daha çox “Sehirbaz”, “12 stul”, “Ola bilməz”, "Kapuçinov bulvarından adam" və digər filmlərdən tanıyırlar.