Ermənistanda etiraz kapmaniyası başlayacaq

Foto arxiv

Ermənistandakı “Talana yox” hərəkatı eıeltrik enerjisinin bahalaşmasına etiraz olaraq sentyabrın 1-dən vətəndaş itaətsizliyi kampaniyasına başlayacaq.

Təşkilatçılar tariflərin bahalaşması ilə bağlı qərarın ləğvini tələb edirlər və yenidən küçələrin blokadaya alınması istisna edilmir.

Hərəkatın fəalları deyir ki, hökumət xalqı aldadıb.

Hökumət bundan əvvəl tariflərə yenidən baxılacağını vəd eləmişdi.

Təşkilatçılar deyir ki, artıq kiçik və orta biznesi elektrik haqqını yeni tariflə ödəməyə məcbur edirlər.