-
Moskvada bir tədbirə qatılan BMW yarışçıları üçün idxal olunmuş 1.5 tonluq ərzağın yandırılması barədə məlumat yayılıb.
TASS Rosselkhoznadzor dövlət qurumuna istinadla avqustun 27-də bildirib ki, rəsmilər ərzağı bu həftə Pskov nəzarət məntəqəsində müsadirə ediblər. Səbəb “sanitariya qaydalarının kobud pozulması”dır. Pskov Moskvadan 700 kilometr şimalqərbdə yerləşir.
Ərzaq BMW komandası üçün gətirilibmiş. Komanda avqustun 28-də Moskvada start götürən DRM adlı yarışlara qatılır.
Ukrayna münaqişəsinə görə sanksiyalara cavab olaraq Rusiya Qərbdən bir sıra ərzaq məhsullarının idxalını qadağan edib.