-
Hindistan və Pakistan sərhədçiləri arasında mübahisəli Kəşmir vilayətində atışma olub, iki hindistanlı dinc sakin həlak olub, 16 nəfər yaralanıb.
Hindistan rəsmiləri pakistanlı sərhədçiləri atışmanı başlamaqda ittiham edib. Hadisə avqustun 27-də baş verib. Pakistan tərəfdən hələlik şərh yoxdur.
2003-cü ildən tərəflər arasında atəşkəs rejimidir. Ancaq sərhəddə atışmalar tez-tez baş verir.
Tərəflərin milli təhlükəsizlik müşavirlərinin görüşü isə bu həftənin əvvəlində təxirə salınıb. İki ölkə görüşün gündəliyini razılaşdıra bilməyib.