ABŞ, NATO Talibanı vurur

Helmandda əfqan ordusu

-

Avqustun 27-də NATO və ABŞ qüvvələri Əfqanıstanın Talibana qarşı kampaniyasına qoşulub. Məqsəd Talibanın Əfqanıstanın cənubunda irəliləməsinin qarşısını almaqdır.

ABŞ-ın Taliban rejimini devirməsindən 14 il sonra silahlı qruplaşma yenidən irəliləyir. Avqustun 26-da Helmand vilayətinin Musa Qala bölgəsi 2007-ci ildən bəri ilk dəfə olaraq Talibanın əlinə keçib.

“Müdafiə nazirinin müavini hazırda Helmanddadır və ərazini geri almaq üçün tammiqyaslı əməliyyat aparılır,” Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Dawlat Waziri deyib.

NATO koalisiyası bildirib ki, ABŞ təyyarələri avqustun 27-də Musa Qalaya doqquz dəfə bomba hücumu ediblər. Quruda da xarici qüvvələr yardım edib.

Taliban Musa Qaladan öncə qonşu Navzad bölgəsini ələ keçirib. Taliban hazırda Helmandın böyük hissəsini tutub və gəlirli tiryək istehsalına, eləcə də Avropaya heroin qaçaqçılığı üçün istifadə olunan, İran və Pakistana gedən böyük marşrutlara nəzarət edir.