Serbiya, Makedoniya kömək istəyir

Macarıstan sərhədini keçən miqrantlar

-

Serbiya və Makedoniya Avropa Birliyini çağırır ki, Avropaya miqrant axınına çarə tapmaq üçün hərəkətə keçsin. Serbiyanın xarici işlər naziri Ivica Dacic avqustun 27-də Vyanada Balkan sammitində deyib:

“Nə vaxtdan nəzarət planları quracaq, miqrantların Serbiya və Makedoniyaya keçməsinin qarşısını alacaqsınız? Bizdən, Serbiyadan miqrantlarla bağlı plan hazırlamağı istəyirsiz. Əvvəlcə özünüz plan təqdim etməlisiniz”.

Makedoniyanın xarici işlər naziri Nikola Poposki isə deyib:

“Bu məsələyə Avropa cavab verməsə, problemin həll olunacağına dair illüziya qura bilmərik”.

Təkcə iyulda AB sərhədlərini Yaxın Şərq və Afrikadan 107 min 500 miqrant keçib.