Dağıstanın keçmiş meri ömürlük həbsə məhkum edilib.
Şimali Qafqaz Regional Hərbi Məhkəməsi Said Amirovu 2011-ci ildə istintaq komitəsinin rəsmisi Arsen Gadzhibekovun qətlinin təşkilində təqsirli bilib.
Amirov Dağıstanın Kaspiysk rayonunda terror hücumları törətməkdə də təqsirli blinib.
Onun 7 tərəfdaşı isə 10-22 il arası həbsə məhkum olunublar.
Amirov 2014-cü ilin iyulunda terror aktları planlaşdırmaq və qanunsuz silah gəzdirmək ittihamı ilə 10 il azadlıqdan məhrum edilib.
O 1998-ci ildə Dağıstanın ilk seçilmiş meri olub.
Amirov bir neçə hücumdan sağ çıxıb.