İslam Dövləti qrupu yeni ərazilər tutub

Foto arxiv

İslam Dövləti qrupu Suriyada xeyli yeni ərazi ələ keçirib.

Böyük Britaniyada qərarlaşan Suriya İnsan Haqları Mərkəzinin avqustun 27-də yaydığı məlumata görə, yaraqlılar üsyançıların əlində olan 5 kəndi ələ keçiriblər.

Məlumata görə bu kəndlərdən 2-si Türkiyə sərhəddinin yaxınlığında yerləşir.

Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu acvqustun 27-də Reutersə bildirib ki, NATO-nun müttəfiqləri ABŞ-la Türkiyə yaxın vaxtlardasərhəd zonasında İslam Dövləti qrupuna qarşı geniş hava əməliyyatına başlayacaqlar.