“Avqustun 26-dan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində təmir işlərinə başlanılıb".
Bunu APA-ya Qars vilayəti Sarıqamış bölgəsinin icra nümayəndəsi Yusif İzzət Karaman bildirib.
Onun sözlərinə görə, partlayış nəticəsində kəmərə dəyən ziyan elə dəböyük- kəmərin 50 metrlik hissəsinə zərər dəyib.
İcra nümayəndəsi təmir işlərinin yazın zamanda zamanda yekunlaşdırılacağını deyib.
PKK yaraqlıları avqustun 24-də Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsini partladıblar.
Partlayış kəmərin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib.
Avqustun 4-də də Bakı-Tbilisi-Ərzurum qaz kəmərində partlayış törədilib.