Avqustun 26-da Azərbaycan Demokrat Partiyasının parlament seçkiləri ilə əlaqədar yaratdığı seçki qərargahının ilk toplantısı keçirilib.
Partiyadan APA-ya verilən məlumata görə, toplantıda namizədlərin ilkin siyahısı, seçkilərlə bağlı atılacaq addımlar və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq qərarlar verilib.
Qərara əsasən bu il sentyabrın 5-də partiya Ali Məclisinin iclasında seçkilərlə bağlı məsələlər müzakirə olunacaq.
Eyni zamanda seçkilərdə partiyadan iştirak edəcək namizədlərin ilkin siyahısı açıqlanıb.
1. Sərdar Cəlaloğlu – 9 saylı Binəqədi 2-ci seçki dairəsi;
2. Həsrət Rüstəmov – 14 saylı Xəzər seçki dairəsi;
3. Taliyyət Əliyev – 21 saylı Nəsimi 1-ci seçki dairəsi;
4. Rəşid Mansurov – 22 saylı Nəsimi 2-ci seçki dairəsi;
5. Bəhruz Məmmədov – 23 saylı Nəsimi-Səbail seçki dairəsi;
6. Nurəddin İsmayılov – 25 saylı Nizami 2-ci seçki dairəsi;
7. Zakir Hüseynov – 34 saylı Xətai 2-ci seçki dairəsi;
8. Vasif Abdullayev – 35 saylı Xətai 3-cü seçki dairəsi;
9. Xaliddin Cahangirov – 42 saylı Sumqayıt 2-ci seçki dairəsi;
10. İsa Cəfərov – 44 saylı Sumqayıt-Abşeron seçki dairəsi;
11. Kamil İsayev – 46 saylı Şirvan seçki dairəsi;
12. Cəbrayıl Dünyamalıyev – 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi;
13. Daşqın Nuriyev – 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi;
14. Məmmədağa Eynullayev – 70 saylı Masallı şəhər seçki dairəsi;
15. Rahib Həşimov – 75 saylı Lənkəran-Masallı seçki dairəsi.