12 yaşlı oğlan milyon yarımlıq rəsmi zədələdi…

Hadisə izləmə kameralarına düşüb.

-

Tayvanda keçirilən rəsm sərgisində 12 yaşlı oğlan italyan rəssam Paola Porpora-nın rəsmini zədələyib.

NDTV-nin yaydığı xəbərə görə, hadisə belə olub:

Sərgiyə baxan oğlan təsadüfən yıxılıb və yıxılmamaq üçün rəsmdən yapışıb.

Nəticədə, uşaq yumruğu ilə ikimetrlik rəsmdə dəlik açıb.

Hadisə izləmə kameralarına düşüb.

Nümayiş olunan «Güllər» adlanan rəsmin qiyməti 1.5 milyon dollardır.

Sərginin təşkilatçıları rəsmi zədələyən oğlanın ailəsindən zərərin ödənməsini tələb etməyəcəklərini açıqlayıblar. Bu işi sığorta şirkəti elə yerindəcə gerçəkləşdirəcək.

Paola Porpora (1617-1673) barokko cərəyanının son təmsilçilərindəndir.

Əsasən güllü natürmortlar çəkib.

«The Web Gallery of Art» saytının yazdığına görə, zədələnən əsər onun yeganə imzaladığı rəsm olub.

Tayvanın paytaxtında keçirilən «The Face of Leonardo: Images of a Genius» («Leonardo-nun üzü: dahinin təsviri») sərgisinin ekspozisiyasında Leonardo da Vinci-nin 200 milyon avroluq avtoportreti də nümayiş olunur.