Macarıstan hökuməti miqrant axını ilə üzləşmiş ölkənin cənub sərhəddinin qorunmasında ordudan necə istifadə olunmasını müzakirə edib.
Hökumətin sözçüsü Zoltan Kovacs avqustun 26-da bildirib ki, ordudan istifadə edilməsi ilə bağlı istənilən qərar parlamentin razılığı əsasənda verilməlidir.
O bu məsələnin parlamentdə gələn həftə müzakirə olunacağını bildirib.
Avqustun 25-də Macarıstan sərhəddini xeyli qaçqın keçib ki, onların əksəriyyəti Suriyadandır.
BMT-nin avqustun 25-də verdiyi məlumata görə, gün ərzində Balkan ölkələrinə 3 minədək qaçqın keçəcəyi gözlənilir.
Onlar Makedoniya və Serbiyadan digər Avropa ölkələrinə keçmək istəyirlər.