Prezident Ağcabədiyə pul ayırdı

İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Ağcabədidə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən 17 yaşayış məntəqəsini birləşdirən Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün dövlət büdcəsindən Ağcabədi Rayon İcra Hakimiyyətinə 2,7 milyon manat vəsait ayrılıb.