“İranın Vaşinqton Postun müxbiri Jason Rezaianı ABŞ-da həbsdə olan hər hansı iranlıyla dəyişmək planı yoxdur”.
İran KİV-lərinin məlumatına görə, bunu avqustun 25-də İran xarici işlər nazirinin müavini Hassan Qashqavi bəyan edib.
O məhbusların dəyişdirilməsinin gündəlikdə olmadığını qeyd edib.
Vaşinqton Postun İran bürosunun rəhbəri Rezaianın həm ABŞ, həm də İran vətəndaşlığı var.
39 yaşlı jurnalist 1 ildən artıqdır ki, İranda casusluq ittihamı ilə həbsdədir.
Qəzüt,ABŞ hökuməti və beynəlxalq mətbuat azadlığı təşkilatları onun həbsini pisləyib və jurnalisti azadlığa buraxmağa çağırıblar.