Çinin fond birjasında indekslər 4-cü gündür ki, düşür. Avqustun 25-də indekslər 7,6 faiz ucuzlaşıb.
Həmçinin Yaponiyada aksiyaların düşdüyü bildirilir.
Amma ağır geriləmədən sonra digər Asiya və Avropa birjalarında vəziyyət sabitləşməyə başlayıb.
Qeyd edək ki, avqustun 24-də Dow Jones indeksi 3,6 faiz ucuzlaşıb.Həmçinin həmin gün London, Paris və Frankfurt birjalarında indekslər 4 faizdən də çox düşüb.
Analitiklər bazarlarda pis vəziyyətin artıq geridə qalması və ya bunun uzunmüddətli fasilə olmasını deməkdə çətinlik çəkirlər.