Prezident təqaüdü yaxşıdır, yoxsa belə?

- Mütaliənin təbliği üzrə xeyriyyə təşkilatı olan “Scottish Book Trust” bu gün Şotlandiyanın gənc yazıçıları üçün imkanları genişlətməkdən ötrü “Sənin hekayən nədir?” adlı yeni proqramı açıq elan edib.

Onlar “Yaradıcı Şotlandiya” təşkilatınınn gənclər üçün incəsənət strategiyasından maliyyələşirlər.

Proqram gənc yazıçılar arasında yazıçı qrupları, yaradıcılıq emalatxanaları, ikigünlük konfranslar keçirəcək. Hər birində iştiraka görə, onlara qonorar ödəyəcək.

Bununla müqayisədə, Azərbaycanda gənc yazarlara 1 il ərzində verilən birdəfəlik (aylıq 200 manat) prezident təqaüdləri heç bir inkişafetdirici proqram vəd etmir. Gənclər kor-koranə yazmağa göndərilir.

On ildən çoxdur ki, Azərbaycanda gənc yazarlara verilən prezident təqaüdləri özünü doğrultmur, gənc yazıçılar dostlarıyla və "istedad"larıyla baş-başa buraxılır.

***

“Scottish Book Trust” nümayəndəsi deyib ki, savadlılığı artırmağın yolu oxumağa və yazmağa sevgi oyatmaqdır.

“Şotlandiya gur ədəbi səhnəsilə öyünür, amma hələ də burada gənc yazıçılar üçün gənc rəssamlar üçün olduğundan daha az imkanlar var, gənc yazıçıların dəstək tapmaq imkanları açıq-aydın deyil.”

Hazırda təşkilat yazıçılığa marağı olan 14-17 yaşlı gəncləri bir yerə toplamaq üçün elan verib. Yazıçılığın hər hansı janrına marağı olan bu yaşdakı şotland gənclər bu səhifəyə 28 sentyabra qədər müraciət edəcəklər.