Bakıda sex, Masallıda ev yanıb

Foto illüstrasiya

-

Avqustun 25-də Bakının Nərimanov rayonunda plastik qapı-pəncərə sexində yanğın olub.

80 kvadratmetrlik sexin 70 kvadratmetri və gözətçi otağı yanıb. Yanğın saat 00:40-da söndürülüb.

Masallı rayonunun Çaxırlı kəndində isə 3-otaqlı ev əşyaları ilə birlikdə yanıb. Yanğın saat 22:55-də söndürülüb.

Xəbəri Fövqəladə Hallar Nazirliyinin saytı yayıb.