Bakının prospekt və küçələrində avtobus dayanacaqlarında nişan xətlərinin çəkilməsinə başlanılıb.
“Azəryolservis” ASC-nin məlumatına görə, artıq 170-dən çox ünvandakı dayanacaqlar nişanlanıb və hazırda digər küçələrdə xətləmə işləri aparılır.
Yaxın günlərdə prosesin yekunlaşdırılması nəzərdə tutulur.