Əfqanıstan kəfiyyatı Əl Qaidə ilə əlbir olan Jundullah qrupunun liderinin ölkənin şimalında öldürüldüyünü bildirir.
Milli Təhlükəsialik idarəsinin sözçüsü həm də Abu Huzaifa kimi tanınan Qari Ghulam Hazratın avqustun 24-də Kunduz əyalətinin Çardara rayonunda keçirilən hava reydi nəticəsində öldüyünü bildirir.
Məlumata görə, onun müavini Amar və 3 digər yaraqlı da ölənlər arasındadır.
Jundullah qrupu 2014-cü ilin noyabrında Pakistan Taliblərindən ayrılaraq İslam Dövləti qrupuna sadiq olduğunu bəyan edib.