Qazaxıstanın milli valuytası tengenin məzənnəsi bir qədər qalxıb.
Avqustun 24-də yerli birjada 1 ABŞ dolları 218,61 tenge olub.
Avqustun 21-də 1 dollar 252,47 tenge idi.
Tenge avqustun 20-da dollara nisbətdə məzənnəsini 25 faizdən də çox itirmişdi.
Bundan əvvəl 1 dollar 188 tenge idi.
Mütəxəssislər bunun dünya bazarında neftin düşməsi, Çin və Rusiyadakı iqtidsadi geriliklə bağlı olduğunu deyirlər.
Qazıstanın əsas ticarət tərəfdaşı olduğu qonşu Qırğızıstan və Tacikistanda da avqustun 21-dən dollar 5-6 faiz bahalaşıb.