Moskva birjasında 1 ABŞ dolları 70, avro isə 80 rublu ötüb.
Buna səbəb dünya bazarında neftinqiymətininyenidən düşməsi olub.
Avqustun 24-də Brend markalı neftin bareli 45 dollardan aşağı düşüb.
İyulun 20-dən avqustun 20-dək Rusiya rublu avro və dollara nisbətdə 20 faizdən də çox ucuzlaşıb.
Bu digər ölkələrdə də fond bazarlarına mənfi təsir göstərib.
Avqustun 24-də Şanxay birjasında indeks 8 faizdən də çox düşüb.
Həmçinin Yaponiyada indekslər təxminən 5, Sinqapurda isə 3,8 faiz ucuzlaşıb.