Kiyevin mərkəzində müstəqillik günü ilə əlaqədar hərbi parad keçirilib.
Prezident Petro Poroshenko avqustun 24-də paradda çıxış edərkən bildirib ki, ölkənin şərqindəki rusiyapərəst separatçıların hücumlarını dəf etmək üçün ordunun sayını artıracaq.
Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6800-dən çoz adam ölüb.
Tərəflər bu ilin fevralında Minskdə atəşkəs razılaşması əldə etsə də vaxtaşırı toqquşmalar gedir.
Ötən həftələrdə isə vəziyyət daha da kəskinləşib.
Tərəflər bir-birini atəşkəs rejimini pozmaqda günahlandırır.
Poroshenkonun sözləronə görə Rusiya Ukrayna sərhəddinə 50 minlik ordu toplayıb.
Bundan başqa separatçıların əıində olan ərazilərdə 9 min Rusiya əsgəri var.
Onun sözlərinə görə, ötən həftə Ukrayna ərazisinə yeni hərbi karvan keçib.
Kiyevlə Qərb Rusiyanı Ukraynanın şərqindəki separatçıları dəstəkləməkdə günahlandırır.
Moskva ittihamı rədd edir.