Prezident enerji nazirini işdən çıxartdı

Gurbanguly Berdymukhammedov

Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov enerji nazirini işdən çıxartdı. Enerji naziri Geldi Saryev işindəki çatışmazlıqlara görə vəzifəsindən azad olunub.

O, 2014-cü ilin yanvarından nazir idi.

Prezident nazirə deyib ki, "Siz 1 ildən çoxdur ki, nazir idiniz və Sizə pis işləməyinizlə bağlı 3 dəfə xəbərdarlıq olunub".

Prezidentin sözlərinə görə, işıq kəsilirdi və bununla bağlı çoxlu şikayət olurdu.

Berdymukhammedov bildirib ki, qeydiyyatsız işıq istifadəçiləri, elektrik enerjisindən qanunsuz istifadəsi ilə bağlı istintaq aparılır.