3 amerikalının qəhrəmanlığına görə təşəkkür

Arras

Fransa Prezidenti Farancois Hollande ABŞ prezidenti Barack Obamaya 3 amerikalının qəhrəmanlığına görə  "ürəkdən təşəkkürünü" bildirib.

Onlar  Amsterdamdan Parisə hərəkət edən qatarda Kalaşnikov avtomatı, tapança ilə silahlanmış şəxsi zəzrəsizləşdirə biliblər.

İnsident cümə günü Fransanın şimal-şərqindəki Arras şəhəri yaxınlığında baş verib. Həmin silahlı - 26 yaşlı Mərakeşli həbs olunub.

Hadisə vaxtı hücumçunu yerə yıxaraq tərk-silah etməyə müvəffəq olan 3 amerikalıdan 2-si ABŞ Hərbi Hava Qüvvələrindən olan Spencer Stone və Alek Skarlatos və tələbə Anthony Sadlerdir.

Hadisə yerinə baş çəkən Fransanın Daxili İşlər Naziri olayı “terror aktı” kimi dəyərləndirib.