Lift qırılıb, 3 nəfər xəsarət alıb

Foto illüstrasiya

-

Avqustun 21-də Yasamal rayonunda binada lift qırılıb. 3 nəfər xəsarət alıb.

Hadisə D. Bünyadzadə küçəsi 175 «E» ünvanında baş verib.

Liftin zənciri 2-ci mərtəbədə qırılıb. İçəridə olan Səmayə Salayeva, Məlahət Məmmədova və Zemfira Hüseynova xəsarət alıblar.

Xəbəri Daxili İşlər Nazirliyinin saytı yayıb.