İslam Dövləti qrupu Suriyada məbədləri dağır

Foto arxiv

Foto arxiv

İslam Dövləti qrupu Mərkəzi Suriyada məbəd və kilsəni dağıdıb.

Yaraqlılar avqustun 21-də sosial şəbəkələrdə 5-ci əsrə aid Mar Elian məbədinin buldozerlərlə necə dağıdılmasının fptplarını yayıb.

Bu məbəd Homs əyalətinin Al-Qaryatain şəhərində idi.

Yaraqlılar bu şəhəri avqustun 5-dəzəbt edib və 230-a yaxın adamı oğurlayıblar.

Onların təxminən 50-si sonradan azad edilib, 100-ü Raqa əyalətinə aparılıb, qalanların isə taleyi bəlli deyil.

Britaniyada yerləşən Suriya İnsan Haqları Mərkəzi həmçinin yaraqlıların daha bir kiləsini dağıtdıqlarını xəbər verirlər.

Hazırda Suriyanın bir hissəsi İslam Dövləti qrupunun nəzarətindədir.