Amerikalı boksçu Roy Jones rəsmi şəkilədə Rusiyadan vətəndaşlıq istəyib.
O bundan bir gün əvvəl Krımda Rusiya prezidenti Vladimir Putinlə çay içib.
Rusiya televiziyasının məlumatına görə, o vətəndaşlıq barədə ərizəni avqustun 20-da Sevastopolda yazıb.
46 yaşlı Roy Jones 4 müxtəlif çəki dərəcəsində dünya çempionudur.
O Krıma avqustun 23-də keçiriləcək boks şousunda iştirak etmək üçün gəlib.
Boksçu avqustun 19-da Krımda Putinlə görüşərkən bildirib ki, əgər Rusiya pasportu olsa idmanın sevildiyi bu yerlərə gediş-gəliş onun üçün daha asan olardı.
Putin isə onun xahişini qəbul edib.
ABŞ pasportunu da saxlayan Jones ümid edir ki, idman ABŞ-la Rusiya arasında körpü qura bilər.
Rusiyanın ötən il Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki münaqişəyə görə, ABŞ-Rusiya münasibətləri gərginləşib.